"Elektron hökumət" artıq günün reallığı kimi XXI əsrdə dünya hökumətlərin fəaliyyətini təmin edən, onun səmərəliyini artıran əsas mexanizmlərdəndir. Dünyanın bir sıra ölkələrində elektron hökumət artıq qurulub, bir sıra ölkələr isə bu unikal imkanın atributlarından hələ yenicə istifadə etməyə başlayıblar. Mərkəzi Avropa ölkələrində, "Asiya pələngləri" adlanan dövlətlərdə, Cənub-şərqi Asiya ölkələrində
Azərbaycan Respublikasının mərhum prezidenti, ümummilli lider Heydər Əliyev cənablarının 17 fevral 2003-cü il tarixli fərmanı ilə “Milli İnformasiya Kommunikasiya Texnologiyaları Strategiyasının Yaradılması və İnkişaf Etdirilməsi”nin təsdiq edilməsi Azərbaycanda İKT sektorunun inkişafı məqsədilə müxtəlif təşəbbüslərin yaranmasına təkan verdi. Bu strategiya sistemlərin yaradılmasına yönəlmişdir ki, bu da öz növbəsində dövlət tərəfindən internetə məmnunluq hissini yaradacaq, vətəndaşlar və şirkətlərdə özlərini məlumatlandırmaq məqsədilə rəqəmli texnologiyalardan istifadə etməyə, hökumətlə əlaqə saxlamağa və bu əlaqəni reallaşdırmağa ruhlandıracaq. “MİLLİ E-İDARƏÇİLİK ŞƏBƏKƏSİ TƏŞƏBBÜSÜ” layihəsi birbaşa “AzDATACOM”, yaxud Hökumət İnternet Portalı kimi xüsusi layihələri reallaşdırır. O, həm də müvafiq qanunvericiliyi, inzibati islahatları dəstəkləyərək və elektron idarəetmə konsepsiyasını irəli sürərək elektron idarəetməyə mühit yaradır. Layihə yerli və beynəlxalq ekspertlərin elektron hökumətin qurulmasına aid olan əsas məsələləri müzakirə etməyə və konkret həllərin inkişafına platforma yaradır. Sonda layihə getdikcə artan elektron idarəetmə üzrə xüsusi layihələrin fəaliyyətlərinin əlaqəndirilməsinə dəstək verir. Son bir-iki il ərzində Azərbaycan Respublikasında Elekton İmza, Elektron Sənəd və Elektron Ticarət qanunları qəbul olunmuşdur. Bu qəbildən olan qanunların mövcudluğu ölkədə İKT-nin inkişafında böyük əhəmiyyət kəsb edir. 25-28 noyabr 2004-cü il tarixlərində Qlobal İKT Konfransında əsas mövzu olan rəqəmsal fərq məsələsinin həll edilməsi istiqamətində yaradılan “AzDATACOM” şəbəkəsi daxilində Azərbaycanın regionlarının əksəriyyəti yüksək sürətli İnternetlə təmin ediləcək və bu təkcə hökumət qurumlarına deyil, eyni zamanda əhaliyə daha vacib olan xidmətlərin başlanmasına təkan verəcək. Elektron təhsil, elektron xəbərlər, elektron-bank və rayonlarda yerləşən orta məktəblərin yüksək sürətli İnternetlə təmin olunması kimi xidmətlərin başlanması mümkün olacaq. Gələcəyin elektron vətəndaşlarına və elektron bizneslərinə qarşıdan gələn elektron idarəetmə inqilabı müsbət təsir edəcək. O, vətəndaşların ehtiyaclarını ödəmək məqsədilə qurulmuş xidmətlər potensialını təklif edir və eyni zamanda aşağıda sadaladıqlarımız hər vaxt mümkündür; aşağı vergilər, yüksək keyfiyyət müqabilində hökumətin məxariclərini azaldılması, hökumətin müxtəlif qolları vasitəsilə biznesin daha şəffaf aparılması, ikitərəfli əməkdaşlıq və məsləhət yolu, daha şəffaf və qarşılıqlı siyasət.
------------------------
Copyright 2007, E-GOVERNMENT.AZ Bakı şəhəri, Azərbaycan. AZ 1000 Zərifə Əliyeva küç., 33
Tel.: (+994 12) 598 06 21
Faks: (+994 12) 598 06 22
Elektron ünvan: info@e-government.az