 "Elektron hökumət" artıq günün reallığı kimi XXI əsrdə dünya hökumətlərin fəaliyyətini təmin edən, onun səmərəliyini artıran əsas mexanizmlərdəndir. Dünyanın bir sıra ölkələrində elektron hökumət artıq qurulub, bir sıra ölkələr isə bu unikal imkanın atributlarından hələ yenicə istifadə etməyə başlayıblar. Mərkəzi Avropa ölkələrində, "Asiya pələngləri" adlanan dövlətlərdə, Cənub-şərqi Asiya ölkələrində 


|
DÜNYA TƏCRÜBƏSİ
“Elektron hökumət” artıq günün reallığı kimi XXI əsrdə dünya hökumətlərin fəaliyyətini təmin edən, onun səmərəliyini artıran əsas mexanizmlərdəndir. Dünyanın bir sıra ölkələrində elektron hökumət artıq qurulub, bir sıra ölkələr isə bu unikal imkanın atributlarından hələ yenicə istifadə etməyə başlayıblar. Mərkəzi Avropa ölkələrində, “Asiya pələngləri” adlanan dövlətlərdə, Cənub-şərqi Asiya ölkələrində hökumətlər bu ampluada uğurla fəaliyyət göstərir. Postsovet ölkələrində isə hal-hazırda “elektron hökumət”in əsasını təşkil edəcək layihələr reallaşdırılır: telekommunikasiya infrastrukturu təkmilləşdirilir; gömrük, maliyyə, vergi sahələrində korporativ sistemlər geniş istifadə edilməyə başlayır; əhalinin reyestri formalaşdırılır; digər kadastr və reyestrlər yaradılır. Bu işlərin bəzilərinə əvvəlki illərdə başlandığından hal-hazırda onların ümumi “elektron hökumət” ideologiyasına uyğun əlaqələndirilməsi məsələsi meydana gəlir. Dünya təcrübəsində hökumət orqanlarının qarşılıqlı əlaqəsini yaratmaq məqsədilə “pəncərə” sxemindən istifadə olunur ki bu da “hökumət-vətəndaş”, “hökumət-hökumət”, “hökumət-biznes” əlaqələrinin yaradılmasına təkan verir. Güman ki, bu yanaşma Azərbaycanda da tətbiq olunacaq. Dünya ölkələrinin təcrübəsi göstərir ki, “Elektron hökumət”in formalaşdırılması mərhələli, pilot layihələr və tipik həllər vasitəsilə reallaşdırılmalı, cəmiyyəti buna hazırlamaq məqsədilə müvafiq yanaşmalar tətbiq olunmalıdır.
Elektron hökumət quruculuğu sahəsində uğur qazanmış ölkələr:
|
 ------------------------  

|