Unable to write to outputfile E-government.az E-Government - İŞÇİ QRUPLARI


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)"nın təsdiq edilməsi Azərbaycanda elektron hökumətin qurulmasına dövlət tərəfindən çox böyük əhəmiyyət verildiyini bir daha sübut etdi.
az  |  en |   ru
   
   Dünya təcrübəsi














"Elektron hökumət" artıq günün reallığı kimi XXI əsrdə dünya hökumətlərin fəaliyyətini təmin edən, onun səmərəliyini artıran əsas mexanizmlərdəndir. Dünyanın bir sıra ölkələrində elektron hökumət artıq qurulub, bir sıra ölkələr isə bu unikal imkanın atributlarından hələ yenicə istifadə etməyə başlayıblar. Mərkəzi Avropa ölkələrində, "Asiya pələngləri" adlanan dövlətlərdə, Cənub-şərqi Asiya ölkələrində



























İŞÇİ QRUPLARI

“Azərbaycan dilində nitqin tanınması məqsədilə
proqram təminatının yaradılması” layihəsi


       2007-ci ilin mart ayından başlayaraq “MİLLİ E-İDARƏÇİLİK ŞƏBƏKƏSİ TƏŞƏBBÜSÜ” layihəsinə müvafiq olaraq  “Azərbaycan dilində nitqin tanınması məqsədilə proqram təminatının yaradılması” layihəsi reallaşdırılır. Azərbaycan dilində nitqin tanınması məqsədilə proqram təminatının yaradılması  kompüterdən istifadə edən minlərlə insanın  işini yüngülləşdirməklə bərabər, milyonlarla adam-saat iş vaxtına qənaət olunmasına imkan verəcəkdir. Bundan əlavə, layihənin reallaşması hökumət məmurlarının da kompüterlərdən daha intensiv istifadə etməsinə şərait yaradacaq, E-İdarəetmə konsepsiyası tətbiq etməyə kömək edəcəkdir. Layihənin reallaşdırılmasının digər bir məqsədi intellektual linqvistik informasiya texnologiyaları sahəsində Azərbaycanda aparılan elmi tədqiqat işlərini genişləndirmək və bu sahədə milli kadrların yetişdirilməsi işlərinə təkan verməkdən ibarətdir. Layihəyə uyğun aparılan elmi tədqiqat işləri və onların nəticələri Formal Sinxron Tərcümə məsələsinin həll edilməsi istiqamətində də əhəmiyyətli nəticələrin alınmasına və praktik tətbiq olunmasına şərait yaradacaqdır. Bu layihələrin reallaşması həm də dilimizdən daha intensiv istifadə edilməsinə səbəb olacaqdır ki, bu da öz növbəsində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Layihənin elmi məsləhətcisi akademik Ə.M.Abbasov, direktoru isə texnika elmləri namizədi Ə.B.Fətullayevdir.

Qrupun rəsmi internet səhifəsi:
www.translate.az


“Azərbaycan dilindən İngilis dilinə maşın tərcüməsi sisteminin təkmilləşdirilməsi və İngilis dilindən Azərbaycan dilinə maşın tərcüməsi sisteminin yaradılması” layihəsi

       2005-ci ilin aprel ayından 2007-ci ilin fevral ayına kimi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (UNDP-Azerbaijan) birgə layihəsi - “Azərbaycan dilindən İngilis dilinə maşın tərcüməsi sisteminin təkmilləşdirilməsi və İngilis dilindən Azərbaycan dilinə maşın tərcüməsi sisteminin yaradılması” layihəsi reallaşdırılmışdır. Bu vaxt ərzində layihə üzrə nəzərdə tutulmuş bütün işlər yerinə yetirilmişdir və bu işlər davam etdirilir. Gözlənildiyi kimi bu müddət ərzində görülmüş işlər nəticəsində Azərbaycan-İngilis və əksinə maşın tərcüməsi sisteminin tərcümə keyfiyyəti daha da yüksəldilmiş və bu işlər davam etdirilməkdədir. Görülmüş işlərin nəticəsində Dilmanc maşın tərcüməsi sistemi yaradılmış və bu sistem Azərbaycanda ən populyar milli proqram təminatı ola bilmişdir. Hal-hazırda Dilmanc MT sistemindən Azərbaycanda və xaricdə 30 mindən yuxarı istifadə edən vardır. Xarici ölkələrdə yaşayanlar arasında Dilmanc MT sistemindən istifadə edənlərin sayı da durmadan artmaqdadır . Artıq digər ölkə internet saytlarında da Dilmanc MT sisteminə linklər qoyulmuşdur. Bütün bunlar Dilmanc MT sisteminin cəmiyyətdə tələb olunan bir sistem olmasının göstəriciləridir. Reallaşdırılmış layihənin az əhəmiyyət daşımayan digər nəticələri də olmuşdur ki, bu nəticələrə misal olaraq maşın tərcüməsi sistemləri sahəsində milli elmi məktəbin və mütəxəssislər qrupunun formalaşmasını göstərmək olar. Bu layihə üzrə elmi tədqiqat işlərinin hal-hazırda yerinə yetirilməkdə olan “Azərbaycan dilində nitqin tanınması məqsədilə proqram təminatının yaradılması” layihəsi üzrə davam etdirilməsi nəzərdə tutulur.

Qrupun rəsmi internet səhifəsi:
www.dilmanc.az
nazir Əli Abbasov
------------------------
RITN
WSIS
ITU






Copyright 2007, E-GOVERNMENT.AZ
Bakı şəhəri, Azərbaycan. AZ 1000 Zərifə Əliyeva küç., 33
Tel.: (+994 12) 598 06 21
Faks: (+994 12) 598 06 22
Elektron ünvan: info@e-government.az
Saytın xəritəsi   
Bizə yazın   

.